Bayden Kambocanı Kolumbiya ilə səhv saldı



 09:07 13.11.2022     432

ABŞ prezidenti Cozef Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti başlamazdan əvvəl çıxış edərək təşkilata sədrlik edən Kambocanı Kolumbiya ilə səhv salıb.

Demedia.az xəbər verir ki, Kambocanın baş naziri Hun Senə istinad edərək Bayden deyib: “Mən Kolumbiyanın baş nazirinə ASEAN-ın sədri kimi rəhbərlik etdiyinə və hamımızı dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm”.

Bayden ilk dəfə deyil ki, bu ölkələri səhv salır. Amerika prezidenti Ağ Evdə jurnalistlərlə söhbətində artıq Kamboca ilə Kolumbiyanı səhv salmışdı.

Qeyd edək ki, bundan əvvəl Bayden Ağ Evdə çıxış edərkən avqust ayında avtomobil qəzasında həlak olan ABŞ konqresmeni Ceki Valorskini axtarmağa başlayıb.