"Bu baş versə, Türkiyənin F-16 alması çox asan olacaq” - Ərdoğan
“Respublikaçılar ABŞ Senatında üstünlük qazansa, Türkiyənin F-16 alması daha asan olacaq”.
Demedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ümid edirəm ki, gələn ay yaxşı xəbərlərlə dolu olacaq və biz F-16 məsələsində çox müsbət istiqamətdə hərəkət edəcəyik. Respublikaçılar istədikləri bir neçə Senat yeri üçün namizədliyini irəli sürsələr, bizim üçün daha asan olacaq” - deyə, o bildirib.