Bayden Konqres seçkilərində vəziyyətin inkişafından məmnun olduğunu bildirib


ABŞ prezidenti Cozef Bayden Konqresə aralıq seçkilərində vəziyyətin inkişafından məmnun olduğunu bildirib.
Demedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Biz yenidən Senatda səs çoxluğu əldə etdik. İşlərin gedişatından razıyıq” - deyə, o bildirib.
O qeyd edib ki, demokratların Senat üzərində nəzarəti saxlaması namizədlərin bacarıqlarının əks olunmasıdır.