Borel: “Aİ Ukraynaya azı 8 milyard avro dəyərində silah tədarük edib”

 09:12 15.11.2022     210

Avropa İttifaqı Ukraynaya azı 8 milyard avro dəyərində silah tədarük edib.

Demedia.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.

O qeyd edib ki, bu, ABŞ-ın səylərinin 45%-ni təşkil edir.

Daha əvvəl, Borel bildirib ki, üzv dövlətlər arasında hərbi texnika və qüvvələrin sürətlə daşınması üçün avtomobil və dəmir yolu infrastrukturu yenidən təchiz edilməlidir.

O, həmçinin vurğulayıb ki, qüvvələrin sürətlə Aİ-nin bir hissəsindən digərinə, əsasən Qərbdən Şərqə köçürülməsi bacarığı təşkilatın müdafiəsi üçün çox vacibdir.

Onun sözlərinə görə, Aİ Balkanlar, Moldova və Ukraynanı döyüş qüvvələrinin sürətlə yerləşdirilməsi üçün hərbi mobilliyin artırılması layihələrinə daxil edəcək.