Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bir gecə qəfil gələ bilərik”



 14:53 16.11.2022     311

“Yunanıstanda bir neçə adam dinc dayanmır”.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Yunanıstanla dinc qonşuluq münasibətlərində maraqlıdır.

“Amma bəzi yunan rəsmiləri hədlərini aşırlar. Başa düşmək lazımdır ki, adaları silahlandırmaq mənasızdır. Adaya gətirilən təyyarələrin, silahların faydası yoxdur. Çünki burada Türkiyə var. Bu, kürək yox, ürək işidir. Hər zaman dediyimiz kimi, bir gecə qəfil gələ bilərik”, - R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.