Böyük Britaniyada vergilər artırılıb
Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant vergilərin böyük həcmdə artırıldlığını bildirib. Yeni artım energetika şirkətlərinə və illik gəliri 125 min funtdan çox olan şəxslərə şamil edilir.
Demedia.az-ın xəbərinə görə, nazir bunu parlamentin İcmalar palatasındakı çıxışı zamanı bildirib.
Hantın sözlərinə görə, bu gün ölkə ciddi iqtisadfi problemlərlə üzləşib. Bu da xüsusi yanaşma və vergilərin artıərılmasını tələb edir. Ölkədə inflyasiya son 40 ildə ən yüksək həddə çatıb.