Paşinyandan mitinq çağırışı: İmkan verməyin!
Ermənistan vilayətlərinin rəhbərlərinə insanların fevralın 20-də bölgələrdən İrəvana gəlməsinə maneə yaratmaları tələb edilib.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, oxşar tapşırıq hüquq-mühafizə orqanlarına da verilib.
“Baş nazirə artıq mitinqlərə kifayət qədər çox insanın qatılacağına dair məlumat verilib. Mənbələrimizə əsasən, Paşinyana deyiblər ki, hazırda insanların bölgələrdən gəlişinə mane olmaq çox çətindir, amma o, mümkün olduğu qədər buna mane olmağa səsləyib”, - məlumatda bildirilib.