8 təhlükəsizlik əməkdaşı yaralandı - Türkiyə DİN



 20:05 20.11.2022     529

Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu nəticəsində 1-i komissar, 6-sı polis olmaqla 8 təhlükəsizlik əməkdaşı yaralanıb.

Demedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün PKK/PYD terror təşkilatı Tel Rıfat bölgəsindən (Suriya - red.) Kilis Öncüpınar sərhəd keçid-məntəqəsində yerləşən Polis Özəl Hərəkat Qərargahına reaktiv yaylım atəş sistemi ilə hücum gerçəkləşdirib. Hücum nəticəsində 1 komissar və 6 polis əməkdaşı olmaqla 8 təhlükəsizlik işçisi yaralanıb”, - Türkiyə DİN açıqlayıb.