Türkiyəyə raket hücumu oldu

 09:07 21.11.2022     352

YPG/PKK terror təşkilatı Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb.

Demedia.az "Anadolu"ya istinadən xəbər verir ki, mərmilər boş əraziyə düşüb.

Raketin düşdüyü ərazidə incələmə işləri aparılır.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.