Avropa Komissiyası: “Rusiyanın Ukraynadakı əməlləri müharibə cinayətidir”



 16:46 24.11.2022     427

“Rusiyanın Ukraynadakı əməlləri müharibə cinayətidir”.

Demedia.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviterdə yazıb.

Onun sözlərinə görə, Avropada qışın yaxınlaşması ukraynalılarla bağlı narahatlığı artırır: “Rusiya Prezidenti Vladimir Putin Ukraynanın mülki infrastrukturunu qəsdən və vəhşicəsinə hədəfə alır. Nəticədə qadınlar, kişilər, uşaqlar qaranlıqda qalır, donurlar”.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Rusiyanın yeganə məqsədi mülki insanlara qarşı terrordur.