ABŞ Yunanıstanda PUA bazası yaradır



 20:13 26.11.2022     413

Qara dənizdən Egey və Aralıq dənizinə qədər olan əraziyə nəzarət etmək üçün ABŞ Yunanıstanın Larisa şəhəri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) bazası yaradır.

Demedia.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın modernləşdirilmiş 8 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatı artıq Yunanıstanın 110-cu Qırıcı Aviasiya Alayının aerodromunda yerləşdirilib. İlk 4 ədəd pilotsuz uçuş aparatı bu ölkəyə gətirilərək Larisanın yaxınlığında bazada yığılıb. Qalan 4 PUA isə Yunanıstana hazır vəziyyətdə gətirilib.

Qeyd edilib ki, Yunanıstan Silahlı Qüvvələri artıq 3 ədəd “MQ-9 Reaper”nin tədarükü ilə bağlı danışıqlara başlayıb. ABŞ texnoloji cəhətdən inkişaf etmiş platformaların və “MQ-9 Reaper” PUA-larının yerləşdirilməsi üçün Larisa şəhəri yaxınlığındakı bazaya 33,5 milyon dollar sərmayə qoyub.