Bayden iş səfəri zamanı pəncərədən balaca uşaqlara baxdı
ABŞ Prezidenti Co Baydenin Şimali Amerikanın şərq sahillərindəki Nantuket adasına işgüzar səfəri zamanı maraqlı hadisə olub.
Demedia.az xəbər verir ki, “New York Post”un məlumatına görə, Bayden yoldan keçən zaman qızların pəncərəsinə baxıb.Təəccüblənən uşaqlar Ağ Evin rəhbərini pəncərələrində gördükdən sonra birlikdə selfi çəkdiriblər.
Prezident mağazanın vitrininə yaxınlaşıb və bir neçə foto üçün gülümsəyib. Bundan sonra sosial şəbəkələrdə ABŞ-ın 46-cı prezidenti ilə şəkillər yayımlanıb.
Bəzi şərhçilər fotonu “qorxunc” adlandırıblar. “DC Patriot” jurnalisti Mindy Robinson bu vəziyyətin "qorxu filmi"nə bənzədiyini qeyd edib.