Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz"
"2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz".
Demedia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NEF Stadionunda keçirilən “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında deyib.
“Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik. Evdən, küçədən, seçki qutusundan və məhəllədən möhkəm yapışsaq, 2023-cü il seçkilərində tariximizin ən böyük zəfərini qazanmağımıza heç kim mane ola bilməz”, - Ərdoğan bildirib.
Prezident vurğulayıb ki, Türkiyənin sərhədləri xaricində öz təhlükəsizliyi üçün təyin etdiyi ərazilərdə hər cür sərəncam hüququ var: