NATO: Ukraynaya yardım bizə baha başa gəlir



 10:28 28.11.2022     326

Ukraynanın hərbi uğurları nə qədər çox olsa, onun qarşıdakı danışıqlarda mövqeyi bir o qədər güclü olacaq.

Demedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Ukraynaya hərbi dəstək göstərsək, danışıqlar masası arxasında onun mövqeyini gücləndirə bilərik. Sülhü qorumağın ən yaxşı yolu Ukraynanı dəstəkləməkdir", - Stoltenberq bildirib.

O, Ukraynaya yardımın Qərbə baha başa gəldiyini etiraf edib:

"Ərzaq və enerji qiymətlərinin artması Avropada bir çox ev təsərrüfatları üçün çətin günlər deməkdir. Ancaq yadda saxlamalıyıq ki, Ukrayna xalqı bunun əvəzini hər gün öz qanı ilə ödəyir".

Stoltenberq qeyd edib ki, Putin müharibədə qalib gələrsə, o və digər diktatorlar öz məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə etməyə davam edəcəklər:

"Bu, daha çox müharibə və daha çox əzab deməkdir. Bu, dünyamızı daha da təhlükəli edəcək. Ukraynanın qalib gəlməsi bizim öz marağımıza uyğundur".