KTMT-dən Ermənistanla bağlı qərar
KTMT Ermənistana yardım üçün tam tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib.
Demedia.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas deyib.
"Vəziyyət sadə deyil, Ermənistan - Azərbaycan sərhədində, demək olar ki, hər gün atışmalar baş verir. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım təklifi kompleksi fərqlidir: siyasi-diplomatik, hərbi, sərhədə missiyanın göndərilməsi... Bunlar vəziyyəti real olaraq dəyərləndirməyə imkan verəcək”, - Zas bildirib.