İrandakı etirazlarda həbs olunan yeniyetmə intihar etdi
İranda keçirilən nümayişlərlə bağlı həbs edilən 16 yaşlı Ərşiyyə İmamkolizadənin həbsdən çıxdıqdan sonra intihar edib.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Müəllim Peşəkar Dərnəkləri Koordinasiya Şurasının sosial media hesabından açıqlama verilib.
Açıqlamada, ölkədəki etirazlarla bağlı həbs edilən 16 yaşlı Ərşiyyə İmamkolizadənin 10 gün həbsdə saxlandıqdan sonra zaminə buraxılıb. Bundan sonra yeniyetmə oğlan intihar edib.
Bildirilib ki, intihar etdiyi açıqlanan uşağın Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyaları zamanı bəzi gənclər arasında yayılan “küçədə ruhanilərin türbanını aşağı salması” səbəbilə həbs edilib.