Türkiyə və Türkmənistan XİN başçıları arasında telefon danışığı oldu



 09:54 30.11.2022     300

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə türkmənistanlı həmkarı Rəşid Meredov telefonla danışıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünə hazırlıq müzakirə edilib.