İranda etirazlarda ölənlərin sayı 462-yə yüksəldi



 09:07 02.12.2022     387

İranda etirazlarda 462 nəfər həlak olub.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 206 nəfər həbs olunub. Onlardan 3 492 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 583 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 157 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 61 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.