Türkiyəyə məxsus iki yük gəmisi TOQQUŞDU



 09:54 03.12.2022     528

Türkiyəyə məxsus iki yük gəmisi Mərmərə dənizində İstanbul boğazının çıxışında toqquşub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, hadisə 147 metrlik “Turan” konteyner gəmisinin 126 metrlik “Burhan Düzman” quru yük gəmisi ilə toqquşduğu Axırkapı lövbərində baş verib.

Hadisənin nəticələri barədə məlumat verilmir.