Pakistanda ekstremistlərin hücumu nəticəsində üç polis öldü
Pakistanın Xebər Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Demedia.az xəbər verir ki, bu barədə “Dawn qəzeti” məlumat yayıb.
Polis sözçüsü nəşrə bildirib ki, hücum nəticəsində üç polis əməkdaşı ölüb.
O qeyd edib ki, əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.