Rusiya Aİ-nin neftin qiyməti ilə bağlı qərarına etiraz etdi



 10:54 05.12.2022     323

"Rusiya hasilatı azaltmağa məcbur etsə belə, qiymət şərtləri daxilində neft satmaqdan imtina edir".

Demedia.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

“Biz hasilatı bir qədər azaltmalı olsaq belə, bizimlə bazar şərtləri əsasında işləyəcək ölkələrə neft və neft məhsullarını satacağıq”, - Novak bildirib.

Baş nazirin müavini vurğulayıb ki, Aİ-nin qiymət həddi məsələsində Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, bu, səmərəsiz olmaqla yanaşı, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına da ziddir.