Dünyanın ən soyuq yaşayış bölgəsi - 70 dərəcə şaxtada həyat / VİDEO
Türk bloger Ruhi Çenet və dostları insanların yaşadığı dünyanın ən soyuq bölgəsindən çəkiliş edib.
Nexeber.az baku.ws-ə istinadən bildirir ki, Rusiyanın şimal-şərqində Yakutiya muxtar respublikasında yerləşən Oymyakon qəsəbəsi insanların yaşadığı dünyanın ən soyuq yeri kimi qeyd edilib. Hava temperaturu mənfi 70 dərəcəyə qədər endiyi Oymyakonda yaşamaq çox fərqli və bir o qədər də çətindir.
Küçədə çəkiliş aparan blogerlər qısa bir müddət donma dəhlükəsi ilə üz-üzə qalıb.
Burada avtomobil yolda qalarsa, sizi ölüm təhlükəsi gözləyir. Maşının mühərrikinin yağı bir neçə dəqiqədə donur. Ona görə də donmamaq üçün bütün təhlükəli vəziyyətlər nəzərə alınır.