ABŞ HIMARS üçün sursat ehtiyatlarını artırmağı planlaşdırı



 09:12 06.12.2022     314

“Ukrayna ətrafında mövcud vəziyyət fonunda ABŞ ordusu yaxın illərdə HIMARS üçün 155 millimetrlik mərmi arsenalını və digər döyüş sursatlarını artırmağı planlaşdırır”.

Demedia.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ ordusu nazirinin tədarük, logistika və texnologiya üzrə köməkçisi Daq Buş bildirib.

“Bizim lazımi maliyyə resurslarımız var və 155 millimetrlik mərmilərin istehsalının 3 dəfə artırılması istiqamətində müqavilələr həyata keçirilmək üzrədir”, - o deyib.

D.Buşun sözlərinə görə, belə istehsal planları 3 il müddətinə nəzərdə tutulub./ Report