ABŞ Rusiyadan neft almaqdan İMTİNA ETDİ
"ABŞ strateji ehtiyatını artırmaq üçün Rusiya neftini almayacaq".
Demedia.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
"Xeyr, çünki onun idxalına qadağa qoyulub", - Jan-Pyer bildirib.
Bundan əvvəl Ağ Ev vurğulamışdı ki, Vaşinqtonun vəzifəsi Rusiya neftinin dünya bazarına çıxışını təmin etməkdir. Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya qiymət tavanını dəstəkləyən ölkələrə neft satmayacaq.