Bu ölkə hərbi büdcəsinin bir hissəsini Ukraynaya ayırdı



 10:00 06.12.2022     557

Dekabrın 5-də Monteneqro hökuməti Ukraynaya hərbi yardım ayırmağa qərar verib ki, bu da ölkənin hərbi büdcəsinin 11%-nə bərabərdir.

Demedia.az  xəbər verir ki, bu barədə "Radio Svobo"da məlumat yayıb .

Qeyd olunur ki, müvafiq qərar Monteneqronun baş naziri Dritan Abazoviç və Ukrayna prezidenti Volodimir Zelenski videoformatda Ukraynanın Avroatlantik perspektivinə dair birgə bəyannamə imzaladıqdan sonra qəbul edilib.

Hazırda Belçika və Çexiyadan sonra Monteneqro yuxarıda qeyd olunan bəyannaməni imzalayan üçüncü NATO ölkəsi olub. Eyni zamanda Monteneqro hökumətinin başçısı vurğulayıb ki, Podqoritsa Ukraynanın ərazi bütövlüyünü və hansı təşkilatlara qoşulacağını seçmək hüququnu tam dəstəkləyir.