İrəvanda eniş etməli olan təyyarə niyə Tehrana endi?



 13:36 23.02.2021     434

Ermənistan dünya aviasiyası qara siyahısında öz yerini möhkəmlədir.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin keçmiş müşaviri Akop Çaxaryan deyib.

“Ermənistan Mülki Aviasiya Komitəsi fevralın 21-də BƏƏ Mülki Aviasiya Baş İdarəsindən erməni qeydiyyat nömrəsi EK-FAA olan “Boinq 737” təyyarəsinin oğurlanması haqqında teleqram alıb. Tallindən uçan təyyarə İrəvanda eniş etməli idi. Bunun yerinə havada qərar verilib ki, texniki xidmət üçün təyyarə BƏƏ-yə aparılsın. Texniki qüsur ucbatından Tehranda eniş edib. Erməni təyyarəsinin ələ keçirilməsi? Növbəti fırıldaq yoxsa Ermənistan mülki aviasiyasında peşəkar səriştəsizlik?” – deyə o bildirib.