Burcanadze də Meliyanı müdafiə etdi



 15:20 23.02.2021     318

Nika Meliyanın həbsi diktaturanın təsdiqlənməsidir.

Nexeber.az-a xəbər verir ki, bunu Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib.

“Baş verənlər diktaturanın təsdiqidir. Bu, çox böyük utancdır. Gürcülərin 30 illik mübarizəsinin belə bitməsinə təəssüf edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Burcanadze rusiyayönlü baxışları ilə seçilir. O, Vahid Milli Hərəkat Partiyasını Gürcüstan üçün təhdid sayır.