Ukraynadan Avropaya 7,83 milyondan çox qaçqın gəlib - ŞOK

 11:46 08.12.2022     334

Fevralın 24-də müharibə başlayandan dekabrın 6-na qədər Ukraynadan Avropaya ümumilikdə 7 milyon 832 min 493 qaçqın üz tutub.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) məlumat yayıb.

Ən çox ukraynalı qaçqını qəbul edən ölkələr Rusiya, Polşa, Almaniya, Çexiya, İtaliya, İspaniya, Bolqarıstan, Fransa və Slovakiyadır.