"Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq"
"Bu gün Azərbaycan diasporunun qarşısında xüsusilə daha vacib və tarixi vəzifələr dayanır. Biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyədə təşkil etməliyik".
Demedia.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İstanbul şəhərində keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib.
O, xüsusilə indiki tarixi şəraitdə Azərbaycan diasporunun Güney Azərbaycandakı soydaşlarımızın yanında olduğunu vurğulayıb.
"Biz Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir", - F.Muradov söyləyib.