“Pəncə-Qılınc” əməliyyatında 364 terrorçu zərərsizləşdirilib - Akar
“Pəncə-Qılınc” əməliyyatında 364 terrorçu zərərsizləşdirilib.
Demedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.
Onun sözlərinə görə, 2015-ci ilin iyulun 24-dən ölkə daxilində, həmçinin İraq və Suriyanın şimalında toplam 37 min, ilin əvvəlindən bəri isə 4 min civarında terrorçu zərərsizləşdirilib.
Eyni zamanda nazir Türkiyə Silahlı Qüvvələrinin kimyəvi silah və sursat hazırlamadığı, istehsal etmədiyi, yığmadığı və istifadə etmədiyini vurğulayıb:
“İnventarda beynəlxalq hüquq və razılaşmalarla yasaqlanmış heç bir silah və sursat əsla mövcud olmayıb”.