Avropa Parlamentinin sədr müavini korrupsiya ilə bağlı saxlanıldı



 09:54 10.12.2022     443

Avropa Parlamentinin sədr müavini Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.

Demedia.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Qeyd edək ki, daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.