Lukaşenkodan Qərb ölkələri ilə bağlı proqnoz

 11:36 10.12.2022     367

Belarus Prezidenti Aleksandr Lukaşenko bir sıra Qərb ölkələrində siyasi böhranın olacağını proqnozlaşdırıb.

“Artıq bütün tribunalardan enerji və qida böhranı ilə bağlı sözlər eşidilir. Tezliklə bəzi ölkələrdə bu iki böhrana üçüncü - siyasi böhran da əlavə oluna bilər”, - deyə o, Avrasiya İqtisadi Şurasının iclası zamanı bildirib.

Belarus liderinin sözlərinə görə, bəzi Qərb ölkələrində artıq baş verənlərə tənqidi yanaşırlar.

O, həmçinin əlavə edib ki, Belarus “hadisələrə real baxır” və yaxın gələcəkdə təzyiqlərin azalacağını gözləmir.