Xameneiyinin bacısı qızı 15 il müddətinə həbs edildi



 12:24 10.12.2022     451

Dekabrın 9-da Tehranda məhkəmə İranın ali lideri Xameneyinin bacısı qızını 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Fəridə Moradxani noyabrın 23-də sosial şəbəkələrdə videomüraciətində dünya ictimaiyyətini xalq etirazlarının yatırılması zamanı insan hüquqlarının pozulması ilə əlaqədar İran rejimi ilə əlaqələri kəsməyə və Tehranla bütün sövdələşmələrə son qoymağa çağırıb.

O, həmçinin demokratik ölkələri öz səfirlərini İrandan geri çağırmağa və ölkələrindəki İran səfirlərini geri göndərməyə çağırıb