Dünya nüvə silahından təmizlənməlidir - Obama

 15:23 10.12.2022     364

“Gələcək nəsillər naminə dünya nüvə silahının tamamilə aradan qaldırılmasına çalışmalıdır”.

Demedia.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Barak Obama dekabrın 10-da Yaponiyanın Xirosima adasında keçirilən Nüvə Silahsız Dünya uğrunda Beynəlxalq Qrupun birinci konfransının iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, gələcək nəsillər naminə nüvə silahlarından azad dünya üçün səy göstərilməlidir. Barak Obama 2016-cı ilin mayında Xirosimaya səfərini heç vaxt unutmayacağını vurğulayaraq deyib: “Bu mənim bütün dünyada nüvə silahı təhlükəsinin azaldılmasına dair öhdəliyimi gücləndirən bir an oldu”.