Azərbaycan və Ermənistan arasında sülh üçün... - Kreml

 20:05 10.12.2022     372

"Rusiya Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazır olduğunu bəyan edib".

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

“Biz Rusiya ərazisində müvafiq yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür yardım göstərməyə hazırıq”, - o deyib.

Onun sözlərinə görə, hər iki ölkə üçün həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir: "Biz həmçinin iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında növbəti təmaslar təşkil etməyə hazırlaşırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək məqsədi daşıyır".

D.Qonçar əlavə edib ki, Soçi sammitində dəstəklənən üçtərəfli parlamentlərarası dialoq təşəbbüsü də bu prosesə töhfə verə bilər.