İranda ötən sutka koronavirusdan 91 nəfər ölüb



 20:01 23.02.2021     438

İranda ötən sutka ərzində 91 nəfər koronavirusdan (COVID-19) ölüb.

Nexber.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 663 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 330 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 590 605 nəfərə çatıb. Virus daşıyıcılarından 3 696 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 358 541 nəfər koronavirusdan sağalıb, 10,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.