Bolqarıstanda temperatur rekordu qeydə alındı

 23:59 11.12.2022     228

Bolqarıstan meteoroloqları bazar günü ölkədə daha bir temperatur rekordu qeydə alıblar.

Demedia.az xəbər verir ki, ölkənin cənubunda yerləşən Haskovo şəhərində hava 19,6 dərəcəyə qədər isinib ki, bu da 1943-cü ildə qeydə alınan əvvəlki rekorddan 2,1 dərəcə yüksəkdir.

1943-cü ildə bu şəhərdə dekabrın 11-də 17,5 dərəcə isti qeydə alınıb.