Aİ İrana Rusiyaya silah tədarükü ilə bağlı xəbərdarlıq etdi
Avropa İttifaqı (Aİ) Rusiyaya hər hansı yeni silah, o cümlədən Ukraynaya qarşı müharibənin daha da gərginləşməsinə səbəb ola biləcək qısamənzilli ballistik raketlər tədarükü həyata keçirməməklə bağlı İrana xəbərdarlıq edib.
Demedia.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının açıqlamasında deyilir.
Kommünikedə bildirilir ki, Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən bütün hərəkətlərə cavab verməyə və İranı, əlavə məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, məsuliyyətə cəlb etməyə davam edəcək.
Aİ-dən qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı sənədinin icrasına nəzarət etmək üçün məsul olan BMT Katibliyi qrupunun davam edən işini dəstəkləməyə davam edəcəklər.
“Avropa İttifaqı İran silahlarının, o cümlədən pilotsuz uçuş aparatlarının beynəlxalq, o cümlədən Avropa mənşəli komponentlərdən hazırlanması ilə bağlı xəbərləri böyük narahatlıqla qeyd edir və müvafiq tədbirlərin görülməsini nəzərdən keçirir”, - kommünikedə deyilir. / Report