Slovakiya Ukraynaya “MiQ-29” qırıcıları verməyə hazırdır



 09:12 13.12.2022     307

“Slovakiya “MiQ-29” qırıcılarını Ukrayna hərbçilərinə verməyə hazırdır. Yaxın vaxtlarda bu məsələni həll etmək üçün Ukrayna nümayəndə heyəti Bratislavaya gələcək”.

Demedia.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer “İnterfaks-Ukrayna”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, qırıcıların verilməsi məsələsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə ətraflı müzakirə olunub.

“Müdafiə naziri prezidentə bunu necə edə biləcəyimizi izah etdi. Düşünürəm ki, yaxın həftələrdə Ukrayna nümayəndə heyəti Slovakiyaya gələcək və amerikalı dostlarımızla birlikdə bunun reallaşması üçün çalışacağıq”, - nazir bildirib.

O qeyd edib ki, dekabrın 7-də Slovakiya həmçinin adıçəkilən qırıcılar üçün bir neçə min raketin tədarükü məsələsini də təsdiqləyib.