ABŞ Senatı dövlət işçilərinə "TikTok"u qadağan etdi
ABŞ Senatı yekdilliklə "milli təhlükəsizlik narahatlıqları" səbəbindən federal hökumət işçilərinə "TikTok"u dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini qəbul edib.
Demedia.az “Haber Global”a istinadla xəbər verir ki, Senatın Baş Assambleyası "Hökumət Avadanlıqlarında Tiktoka Yox" adlı qanun layihəsinə səs verib.
Məlumata görə, qanun layihəsi bütün senatorların “Hə” səsi ilə qəbul edilib.
Sözügedən qanun layihəsi ilə federal hökumət işçilərinə "TikTok" tətbiqini dövlətə məxsus cihazlara yükləmək qadağandır.
Qanun layihəsinin qanuna çevrilməsi üçün əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənməli, sonra isə ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.