Aİ Avropa Sülh Fondunun maliyyə tavanının artırılmasını təsdiqlədi
Avropa İttifaqı (Aİ) sammiti cümə axşamı Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunun maliyyə tavanının 2 milyard avro artırılmasını təsdiqləyib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Avropa Şurasının mətbuat xidməti tviterdə məlumat yayıb.
“Aİ liderləri üzv ölkələrin Avropa Sülh Fondunun maliyyə tavanının artırılması ilə bağlı razılaşmasını alqışlayıblar. Əlavə 2 milyard avro 2023-cü ildə əlavə olunacaq”, - məlumatda deyilir.