Aİ-nin 9-cu sanksiyalar paketinə 168 Rusiya şirkəti daxil edildi
Avropa İttifaqı (Aİ) 168 Rusiya şirkətini 9-cu sanksiyalar paketinə daxil edib.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib.
Onun sözlərinə görə, söhbət hərbi-sənaye, dağ-mədən və enerji sektorunda fəaliyyət göstərən şirkətlərdən gedir. Yaxın günlərdə sanksiyalar siyahısı Aİ-nin rəsmi jurnalında dərc olunacaq.