Ukrayna limanlarından nə qədər taxıl daşınıb?

 18:43 17.12.2022     222

Ukrayna limanlarından bu günə kimi 14 milyon ton taxıl daşınıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bundan başqa, bu günə qədər taxılla yüklənən 556 gəmi Ukrayna limanlarından çıxış edib, 560 gəmi isə yüklənmə üçün Ukrayna limanlarına gedib”, - məlumatda bildirilib.