Rusiyalı iş adamları AB-ni məhkəməyə verdi
Rusiya və Belarusdan olan 60-dan çox sahibkar və şirkət AB-nin sanksiyalar siyahısına daxil edilməsinə etiraz etmək üçün Lüksemburqdakı Avropa Məhkəməsində iddia qaldırıb.
Demedia.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” nəşri məlumat yayıb.
Məlumata görə, iş adamları onların fundamental hüquqlarının pozulduğunu və AB-dəki aktivlərinin qanunsuz dondurulduğunu hesab edir.
Qəzetin məlumatına görə, məhkəməyə müraciət edənlər arasında ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkin, Gennadi Timçenko, Roman Abramoviç, Mixail Fridman və Əlişir Usmanov da var.//Axar.az