"Putin müharibəyə son qoymalıdır" - Şolz
“Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymalıdır”.
Demedia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Almaniya kasnleri Olaf Şolts deyib.
O bildirib ki, Ukraynadakı işğalçı müharibəyə son qoyulması üçün V.Putinlə danışıqlara ehtiyac var.
Kanslerin sözlərinə görə, Almaniyanın məqsədi Rusiyanın işğalçı müharibəsini dayandırmaq, Ukraynanın ərazi bütövlüyünü qorumaqdır: “Bu isə danışıqlar tələb edir”.
O.Şolts vurğulayıb ki, Rusiya vəziyyətin belə davam edə bilməyəcəyini etiraf etməlidir: “Putin müharibəni dayandırmalı, qoşunları çıxarmalı və bununla da qarşılıqlı anlaşma üçün fürsət yaratmalıdır. Mesaj yalnız belə ola bilər: Putin, bu müharibəni bitir”.