Putinin “məğlubedilməz” adlandırdığı silahı - VİDEO

 17:08 18.12.2022     339

Fevralın 24-dən bəri Rusiya ilə Ukrayna arasında müharibə səngimədən davam edir

Demedia.az xəbər verir ki, Moskva administrasiyası dünyanı narahat edən bir addım atıb.

Orenburq bölgəsində müharibədə istifadəsi üçün hazır vəziyyətə gətirilən qitələrarası hipersəsli “Avan-Qard” raket sistemi xüsusiyyətləri ilə diqqət çəkir.

Putinin “məğlubedilməz” kimi qələmə verdiyi “Avanqard” raketi səsdən 20 dəfə sürətlidir və heç vaxt düşmən ölkənin müdafiə sistemləri tərəfindən tutulmur.Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu gün Rusiyada Strateji Raket Qüvvələri Günü olduğu xatırladılıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə bəzi yeni strateji silahlar kimi “Avanqard”ı “məğlubedilməz” adlandırıb.