Avropa Parlamentinin sədri Kiyevə hərbi yardımı artırmağa çağırdı



 23:46 18.12.2022     440

Avropa Parlamentinin sədri Roberta Metsola Ukraynaya hərbi, maliyyə və humanitar yardımı artırmağa çağırıb.

Bu barədə Demedia.az “DW” nəşrinə istinadən xəbər verir.

“Bu müharibə təcili dayandırılmalıdır və Ukrayna bu müharibədə qalib gəlməlidir. Ukraynaya daha çox silah, maliyyə və humanitar yardım göstərilməlidir. Bütün bunlar fonunda Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq edilməlidir. Ukraynanın silaha ehtiyacı var və Avropa bu silahları verməklə kömək edə bilər”- deyə, o bildirib.

Bundan əlavə, R.Metsola Ukraynaya qarşı hərbi cinayətlərin araşdırılması üçün xüsusi tribunalın yaradılmasına çağırıb.

“Ukraynalılara qarşı sübutları toplanan hərbi cinayətlər və mülki infrastrukturun davamlı şəkildə məhv edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.