Türkiyə hava hücumundan müdafiə sistemlərinin istehsalına başlayır



 09:12 21.12.2022     316

Türkiyə hava hücumundan müdafiə sistemlərinin istehsalına başlamağı planlaşdırır.

Demedia.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yeni növ "Siper", "Hisar", "Sunqur" sistemlərinin və bəzi növ silah-sursatların istehsalına başlanılması barədə qərar hərbi sənaye kompleksinin icraiyyə komitəsinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib.

Qeyd olunur ki, hökumət müdafiə sənayesi üzrə 25 layihə barədə qərar qəbul edib. Daha əvvəl Türkiyədə MIDLAS şaquli raket buraxılış sistemi Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün sınaqdan keçirilib.