Mövlud Çavuşoğlu İsveç və Finlandiyaya çağırış etdi
“Biz İsveç və Finlandiyanın artıq addımlar atmasını gözləyirik”.
Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qambiyalı həmkarı Mamadou Tanqoru ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Ankaranın sadəcə xoş sözlərə ehtiyac yoxdur: “Bəzi terrorçuların təhvil verilməsini tələb etmişik. Sadəcə 1 nəfəri bizə verməklə nəyəsə nail ola bilməzlər. Əvvəl dediyimiz tələblər yerinə yetirilməlidir”.
M.Çavuşoğlu, həmçinin söyləyib ki, isveçli həmkarı dekabrın 22-də Türkiyəyə səfər edəcək.