Dünyada koronavirusa yoluxanların sayı AÇIQLANDI

 11:41 22.12.2022     314

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 650 milyonu ötüb.

Demedia.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, təşkilatın statistikası yalnız dövlətlər tərəfindən təqdim edilmiş yoluxmuş və ölənlər barədə rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır.

Qeyd olunub ki, ÜST pandemiyanın başlanmasından indiyədək 650 332 899 yoluxma və 6 649 874 nəfərin ölməsi barədə məlumat alıb. Son sutka ərzində virusa yoluxanların sayı 354 408 nəfər, ölənlərin sayı 895 nəfər artıb.

Məlumatları ÜST-ə daxil olan ən çox təsdiqlənmiş yoluxma halı - 98 525 870 ABŞ-da qeydə alınıb.

Daha sonra Hindistan (44 676 330), Fransa (37 886 070), Braziliya (35 945 063) və Almaniya (37 088 426) yer alıblar. Ən çox ölüm halı da - 1 077 129 ABŞ-da qeydə alınıb, ikinci yerdə - Braziliya (692 041), üçüncü yerdə - Hindistan (530 680) qərarlaşıb.